Gürcüstanda koronavirusa yoluxanların sayı 626-ya çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 626-ya çatıb
# 09 may 2020 10:26 (UTC +04:00)

Gürcüstanda koronavirusa (COVID-19) 3 yeni yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə yoluxanların sayı 626 nəfərə çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 4 702 nəfər karantində saxlanılır, 459 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 297-si sağalıb, 10-u isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR