Gürcüstanda koronavirusa yoluxanların sayı 70-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 70-ə çatıb
# 24 mart 2020 19:41 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 70-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında deyilir.

Bildirilir ki, hazırda ölkə üzrə karantində 4 055, stasionar müalicədə isə 252 nəfər var. Virusa yoluxmuş şəxslərdən 9-u artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR