Gürcüstanda koronavirusa yoluxanların sayı 818 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 818 nəfərə çatıb
# 09 iyun 2020 10:18 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 6 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə yoluxanların sayı 818 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2902 nəfər karantində saxlanılır, 249 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 686 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR