Gürcüstanda koronavirusa yoluxanların sayı 822 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 822 nəfərə çatıb
# 10 iyun 2020 10:04 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 4 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 822 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3124 nəfər karantində saxlanılır, 279 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 690 nəfər sağalıb, 13 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR