Gürcüstanda koronavirusa yoluxanların sayı 827 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 827 nəfərə çatıb
# 10 iyun 2020 19:29 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 5 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 827 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3230 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 690 nəfər sağalıb, 13-ü isə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR