Gürcüstanda koronavirusa yoluxanların sayı 911 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 911 nəfərə çatıb
# 23 iyun 2020 10:25 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 911 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 2662 nəfər karantində saxlanılır, 255 nəfər isə stasionar şəraitdə müalicə olunur. Xəstəliyə yoluxanlardan 761 nəfər sağalıb, 14 nəfər isə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR