Gürcüstanda koronavirusa yoluxanların sayı 97-ə çatıb

#
# 10:31
30 mart 2020

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 97-ə çatıb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 4876, stasionar müalicədə isə  264 nəfər var. Virusa yoluxmuş şəxslərdən 18-i isə artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR