Gürcüstanda koronavirusa yoluxmuş daha bir nəfər vəfat edib

Gürcüstanda koronavirusa yoluxmuş daha bir nəfər vəfat edib
# 05 aprel 2020 12:22 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusdan ikinci ölüm faktı qeydə alınıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib. Bildirib ki, dünyasını dəyişən şəxs 81 yaşlı qadındır.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan ilk ölüm faktı ötən gün qeydə alınıb. Virusa yoluxmuş 79 yaşlı etnik azərbaycanlı qadın dünyasını dəyişib.

Gürcüstanda 170 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, onlardan 36-sı sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR