Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 mini ötüb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 mini ötüb
# 24 aprel 2021 11:06 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 250 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 302 785, ölənlərin sayı isə 4 007 nəfərə çatıb. Virusa yoluxanlardan 284 749 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR