Gürcüstanda meşə yanğınının miqyası genişlənib

Gürcüstanda meşə yanğınının miqyası genişlənib
# 09 mart 2020 10:08 (UTC +04:00)

Gürcüstanın Ozurgeti rayonunun Vakijvari kəndi yaxınlığında başlayan meşə yanğınının miqyası genişlənib.

APA-nın yerli bürosu xəbər verir ki, yanğınsöndürmə işlərinə Quria, Acarıstan və Samegrelo-Zemo Svaneti rayonlarından cəlb edilən yanğınsöndürənlərin sayı 120-yə çatdırılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin iki helikopteri də yanğınsöndürmə işlərinə cəlb edilib.

Qeyd edək ki, ötən gecə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze yanğının 10 hektarlıq əraziyə yayıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR