Gürcüstanda ölüm halları azalıb

Gürcüstanda ölüm halları azalıb
# 16 iyun 2020 16:26 (UTC +04:00)

1 yanvar-15 may tarixləri ərzində Gürcüstanda ölüm halları ötən ilin eyni dövrü ilə müqayisədə 8% azalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin hesabatında məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində Gürcüstanda 17 509 ölüm halı qeydə alınıb, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8%, 2018-ci ilin eyni dövrü ilə müqayisədə isə 3% azdır.

Hesabatda qeyd olunub ki, COVID-19 pandemiyasının yayıldığı bir vaxtda bir sıra Avropa ölkələrindən fərqli olaraq, Gürcüstanda ölüm hallarının artması müşahidə edilməyib.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusla əlaqədar 14 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR