Gürcüstanda son 6 yoluxma halından dördünün mənbəyi məlum deyil

Gürcüstanda son 6 yoluxma halından dördünün mənbəyi məlum deyil
# 11 iyun 2020 11:33 (UTC +04:00)

Gürcüstanda koronavirusa son 6 yoluxma halından dördünün mənbəyini müəyyən etmək mümkün olmayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria məlumat verib.

O bildirib ki, bu, olduqca təhlükəli vəziyyətdir.

“İyunun 11-də 6 yeni yoluxma halı qeydə alınıb. Bu rəqəm ilk baxışdan az görünə bilər, lakin olduqca təhlükəli vəziyyətdən xəbər verir. Yoluxma hallarından dördünün mənbəyi bilinmir və onlardan 3-ü Tbilisidə qeydə alınıb”, - deyə Baş Nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR