Gürcüstanda son sutkada 2901 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb

Gürcüstanda  son sutkada 2901 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
# 08 noyabr 2020 10:59 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 901 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  57 753 nəfərə, ölənlərin sayı isə 475 nəfərə çatıb.

Virusa yoluxanlardan 42 572 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR