Gürcüstanda son sutkada 41 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 41 nəfər koronavirusdan ölüb
# 28 dekabr 2020 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 538 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 222 143 , ölənlərin sayı isə 2 418 nəfərə çatıb.

Virusa yoluxanlardan 206 313 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR