Gürcüstanda son sutkada koronavirusa 2 295 yoluxma qeydə alınıb, 19 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 2 295 yoluxma qeydə alınıb, 19 nəfər ölüb
# 04 noyabr 2020 11:01 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 295 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 46 817 nəfərə, ölənlərin sayı isə 381 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 31 170 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR