Gürcüstanda son sutkada koronavirusa 594 yoluxma qeydə alınıb, 25 nəfər ölüb

Gürcüstanda son  sutkada koronavirusa 594  yoluxma qeydə alınıb, 25 nəfər ölüb
# 04 yanvar 2021 11:24 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 594 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 229 763, ölənlərin sayı isə 2 628 nəfərə çatıb.

Virusa yoluxanlardan 222 405 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR