Gürcüstanda son sutkada koronavirusa daha 14 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa daha 14 yoluxma qeydə alınıb
# 12 avqust 2020 10:15 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 278 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 708 nəfər karantində saxlanılır.

Xəstəlikdən sağalanların sayı 1 258 nəfərdir.

Virusa yoluxanlardan 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR