Gürcüstanda son sutkada koronavirusa yoluxma qeydə alınmayıb

Gürcüstanda son sutkada koronavirusa yoluxma qeydə alınmayıb
# 16 iyun 2020 11:08 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halı qeydə alınmayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

O bildirib ki, Gürcüstanda koronavirusa yoluxmanın qeydə alındığı 26 fevral tarixindən etibarən ilk dəfə olaraq son sutka ərzində koronavirusa yoluxma halı baş verməyib.

M. Ezuqbaya qeyd edib ki, ölkədə daha 20 nəfər virusdan sağalıb və xəstəlikdən sağalanların sayı ümumilikdə 724 nəfərə çatıb.

Xatırladaq ki, Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 879 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR