Gürcüstanda son sutkada koronavirusdan 20 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 20 nəfər ölüb
# 01 may 2021 11:00 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1147 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 311 457 ölənlərin sayı isə 4 130 nəfərə çatıb. Virusa yoluxanlardan 291 457 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR