Gürcüstanda sutka ərzində 700-dən çox insan koronavirusa görə karantinə alınıb

Gürcüstanda sutka ərzində 700-dən çox insan koronavirusa görə karantinə alınıb
# 24 mart 2020 12:02 (UTC +04:00)

Gürcüstanda koronavirus şübhəsi ilə karantinə alınanların sayı 4055 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi internet saytında məlumat verilib.

Sutka ərzində koronavirusa görə karantinə alınanların sayı 700-ü ötüb.

Qeyd edək ki, hazırda ölkədə virusa yoluxanların sayı 66, sağalanların sayı isə 9 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR