Gürcüstanda uşaqların koronavirusa yoluxma nisbəti digər ölkələrdən çoxdur

#
# 11:10
18 mart 2020

“Gürcüstanda uşaqların koronavirusa yoluxma nisbəti digər ölkələrlə müqayisədə daha çoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə koronavirusa yoluxan 38 nəfərdən 4-ü 0-14 yaş aralığındandır.

“Xoşbəxtlikdən onların səhhəti stabildir, xəstəlik onlarda inkişaf etməyib”, - deyə M. Ezuqbaya qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR