Gürcüstanda yeni il öncəsi bəzi məhdudiyyətlər müvəqqəti götürülüb

Gürcüstanda yeni il öncəsi bəzi məhdudiyyətlər müvəqqəti götürülüb
# 22 dekabr 2020 13:49 (UTC +04:00)

Gürcüstanın böyük şəhərlərində fəaliyyət göstərən ticarət obyektlərinin 24 dekabrdan 2 yanvaradək fəaliyyətlərini davam etdirməsi üçün icazə verilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkə Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası qərar qəbul edib.

Bildirilib ki, ticarət obyektlərinin xüsusi tibbi protokol əsasında saat 07:00-dən 19:00-dək fəaliyyət göstərməsinə icazə veriləcək. Bununla belə ölkədə şəhərlərarası sərnişindaşımalar da daxil olmaqla, ictimai nəqliyyatın, həmçinin restoranların fəaliyyətinə tətbiq edilən məhdudiyyət qüvvədə saxlanılıb.

Qeyd olunub ki, bütün ölkə ərazisində saat 21:00-dan 05:00-dək komendant saatının tətbiqi də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR