Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək
# 21 iyul 2020 12:54 (UTC +04:00)

Sabah Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə ediləcək vətəndaşlar artıq Tbilisidə “PCR” testllərindən keçiriliblər və cavablar bu gün axşam saatlarında səfirliyə təqdim ediləcək. Neqativ cavab alan şəxslər sabah saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yola salınacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR