Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusdan sağalıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İ. Qaribaşvili özünü yaxşı hiss edir və gündəlik fəaliyyətinə qayıdacaq.
Qeyd edək ki, İ. Qaribaşvilinin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması aprelin 6-da təsdiqlənib.