Gürcüstanın sabiq Baş naziri Qaxaria yeni siyasi partiya yaradır

Gürcüstanın sabiq Baş naziri Qaxaria yeni siyasi partiya yaradır
# 14 aprel 2021 12:24 (UTC +04:00)

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxaria yeni siyasi partiya təsis edir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə bu gün hakim “Gürcü Arzusu” partiyasından ayrılan deputat Ana Buçukuri bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən sabiq Baş nazir Giorgi Qaxaria ilə birlikdə yeni siyasi partiyanın yaradılmasının aktiv mərhələsinə başlanılıb.

Deputat qeyd edib ki, hakim partiyadan deputatların ayrılmasının səbəbi də məhz yeni partiyanın formalaşdırılmasıdır.

A. Buçukuri vurğulayıb ki, deputatların partiyadan ayrılması “Gürcü Arzusu” üçün gözlənilməz qərar deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR