İŞİD liderinin ən etibarlı “hərbi təşkilatlanma əmiri” İstanbulda həbs edilib - FOTO

İŞİD liderinin ən etibarlı “hərbi təşkilatlanma əmiri” İstanbulda həbs edilib - FOTO
# 02 may 2021 17:38 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi tərəfindən 2019-cu ildə öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən etibarlı adamlarından biri olan “Basim” kod adı ilə tanınan terrorçu həbs edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) İstanbul Terrorla Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat zamanı tacik milliyyətindən olan əfqanıstanlı terrorçu ələ keçirilib.

“Hərbi təşkilatlanma və Silahlı təlim əmiri” olaraq tanınan A.S.İ.M. adlı terrorçu Suriyadan Türkiyəyə keçərkən nəzarətə götürülüb və aprelin 28-də keçirilən əməliyyat zamanı İstanbulun Ataşehir rayonunda gizləndiyi binadan çıxarkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR