“Instagram” statuslarla bağlı yeni sınaqlar keçirir

#
# 04:16
15 aprel 2021

“Instagram”da istifadəçilərin paylaşımları ilə bağlı yeni sınaq keçirir. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Instagram”ın rəhbəri Adam Mosseri bildirib.

“Yenilik ondan ibarət olacaq ki, paylaşılan statusların digər istifadəçilər tərəfindən bəyənilmə sayı göstərilməyəcək. Hələlik bu istiqamətdə sınaqlar keçirilir. İstifadəçilər kiminsə yazılarında bəyənmə sayını görməyəcək, yaxud kimsə bəyənmə sayını ləğv etməyə və ya saxlamağa üstünlük verə biləcək”, deyə Mosseri vurğulayıb.  

O, əlavə edib ki, bir il əvvəl “Instagram” bu xüsusiyyəti Kanada və Braziliya da daxil olmaqla, 7 ölkədə sınaqdan keçirib: “İstifadəçilərin əksəriyyəti paylaşımlarının populyarlığını nümayiş etdirmək üçün bəyənmə sayının saxlanılması tərəfdarı olduqlarını bildiriblər”. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR