İspaniya Baş Nazirinin müavini koronavirusdan sağalıb

İspaniya Baş Nazirinin müavini koronavirusdan sağalıb
# 14 aprel 2020 13:45 (UTC +04:00)

İspaniya Baş Nazirinin müavini Karmen Kalvo koronavirusdan sağalıb.

APA-nın xəbərinə görə, bu barədə K. Kalvo "Twitter"də bildirib.

Baş Nazirin müavini deyib ki, o, koronavirusdan sağalıb və tezliklə işə çıxacaq.

K. Klavo bu günlərdə onu dəstəkləyənlərin hamısına təşəkkür edib.

Xatırladaq ki, Baş Nazirin müavini martın 22-də xəstəxanaya yerləşdirilib və onun koronavirus analizi müsbət çıxıb. K. Kalvo martın 26-da xəstəxanadan buraxılıb, onun müalicəsi ev şəraitində davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR