İspaniya Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxub

İspaniya Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxub
# 15 mart 2020 10:05 (UTC +04:00)

İspaniya Baş Naziri Pedro Sançesin həyat yoldaşı Begonia Qomez koronavirusa yoluxub.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Monkloa sarayında baş nazirə yaxın insanların qanı təhlil edilib: “Təhlillərin nəticəsində Baş nazirin həyat yoldaşı Begony Qomezin koronavirusa yoluxduğu aşkarlandı”.

Qeyd olunur ki, hazırda həm Qomez, həm də Baş nazirin vəziyyəti yaxşıdır. Onlar sarayda tibb işçilərinin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR