İspaniyada dövlət səviyyəsində koronavirus qurbanlarının xatirəsi yad olunacaq

İspaniyada dövlət səviyyəsində koronavirus qurbanlarının xatirəsi yad olunacaq
# 17 iyun 2020 18:59 (UTC +04:00)

İspaniyada dövlət səviyyəsində koronavirus qurbanlarının xatirəsi yad olunacaq.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Baş Naziri Pedro Sançez parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, iyulun 16-da dövlət səviyyəsində koronavirus qurbanların xatirəsi yad olunacaq.

Kral sarayının qarşısındakı meydanda keçiriləcək anım tədbirində İspaniya Kralı VI Felipe, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Çarlz Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Parlamentinin Prezidenti David Sassoli, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus iştirak edəcəklər.

Qeyd edək ki, İspaniyada koronavirusdan indiyədək 27 136 nəfər ölüb, 244 mindən artıq şəxs virusa yoluxub. İspaniya pandemiyadan ən çox zərər çəkən altıncı ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR