İsraildə “Lag B'Omer” dini festivalı zamanı 4-ü ABŞ vətəndaşı olmaqla, 45 nəfər ölüb, 150 nəfər yaralanıb - FOTO

İsraildə “Lag B
# 01 may 2021 03:11 (UTC +04:00)

Aprelin 30-da gecə saatlarında İsrailin Meron Dağıda keçirilən “Lag B'Omer” dini festivalı zamanı faciəvi baş verib.

APA İsrailin Nyu-Yorkdakı Baş Konsulluğuna istinadən xəbər verir ki, hadisə zamanı azı 4 ABŞ vətəndaşı ölüb.

Daha əvvəl ABŞ Prezidenti Co Bayden bu faciədə ABŞ vətəndaşlarının öldürülə və ya yaralana biləcəyi xəbərləri üzərində işlədiklərini bildirib. Onun sözlərinə görə, nə o, nə də Dövlət Departamenti tərəfindən ölən amerikalıların sayı dəqiqləşdirilməyib.

Qeyd edək ki, İsrailin şimalındakı Safed şəhəri yaxınlığında yerləşən Meron dağında “Lag B'Omer” dini festivalı zamanı yaşanan sıxlıq nəticəsində 45 nəfər ölüb, 150 nəfər yaralanıb. Festivalı bu il 29-30 aprel tarixlərində gün batandan sonra başlayıb.

Faciə ilə əlaqədar İsraildə mayın 2-si milli matəm günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR