İsraildə daha 129 nəfərdə koronavirus aşkarlanıb

İsraildə daha 129 nəfərdə koronavirus aşkarlanıb
# 20 aprel 2020 00:08 (UTC +04:00)

İsraildə koronavirusa yoluxanların sayı son sutka ərzində 129 nəfər artaraq 13491-ə çatıb. Ölənlərin sayı isə 1 nəfər artaraq 172-yə yüksəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı 146-ya qədər azalıb. Onlardan 109-u süni tənəffüs aparatına qoşulub.

Bu günədək ümumilkdə 3754 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR