İsraildən Gürcüstana uçuşlar dayandırılıb

İsraildən Gürcüstana uçuşlar dayandırılıb
# 10 mart 2020 12:46 (UTC +04:00)

“İsrail Airlines” koronavirusla əlaqədar Gürcüstana birbaşa uçuşları dayandırıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar İsrail hökümətinin müvafiq sahədə fərmanından sonra qəbul edilib. Fərmana əsasən xarici ölkələrdən qayıdan şəxslər 14 gün müddətində  karantində saxlanılacaq.

Ölkəyə qayıtmaq istəyən İsrail vətəndaşları üçün çarter reysləri təşkil ediləcək. Eyni qərar İsrailin digər aviaşirkəti olan “Arkia” tərəfindən də qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR