İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib

İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib
# 05 noyabr 2020 14:57 (UTC +04:00)

İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

APA-nın xəbərinə görə, bu barədə Baş nazir Stefan Lofven rəsmi "Facebook" səhifəsində yazıb.

Baş nazir bildirib ki, onun yaxını COVID-19-a yoluxmuş bir şəxslə təmasda olub və həkimin məsləhətinə uyğun olaraq o və xanımı özlərini təcrid edəcək.

"Bu vəziyyətdə yeganə məsuliyyətli hərəkət budur", - deyə Baş nazir qeyd edib.

Baş nazir Lofven həmçinin əlavə edib ki, onda COVID-19-a yoluxma əlamətləri yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR