İtaliyada bir gündə 32 minədək insanda COVID-19 aşkarlanıb

İtaliyada bir gündə 32 minədək insanda COVID-19 aşkarlanıb
# 01 noyabr 2020 06:21 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 31 758 nəfər artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 297 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 38 618 nəfərə çatıb.

Ölkədə hazırda 351 386 aktiv koronavirus daşıyıcısı var, onlardan 1843-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 679 430 nəfərdən 289 426 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR