İtaliyada daha 342 nəfər koronavirusun qurbanına çevrilib

İtaliyada daha 342 nəfər koronavirusun qurbanına çevrilib
# 24 aprel 2021 03:08 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 14 761 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 342 nəfər bu virusdan ölüb.

Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 118 699 nəfərə çatıb. Ölkədə hazırda 465 543 aktiv koronavirus xəstəsi var, onlardan 2979-u ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 935 703 nəfərdən 3 351 461 (son sutkada 21 069 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR