İtaliyada karantin müddəti mayın 3-dək uzadılıb

#
# 00:05
11 aprel 2020

İtaliyada koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan karantin və məhdudlaşdırıcı tədbirlər mayın 3-dək davam etdiriləcək.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte “RAI” dövlət televiziyası ilə yayımlanan mətbuat konfransında bildirib.

“Məhdudlaşdırıcı tədbirlər mayın 3-dək uzadılacaq. Bu bir qərar vermək asan deyil, ancaq vacibdir. İndi təslim olsaq hər şeyi yenidən başlamalı olacağıq”, - Konte belə deyib.

O, eyni zamanda etiraf edib ki, karantin səbəbindən bağlanan müəssisələrin fəaliyyəti bu müddətdən daha təz bərpa oluna bilər: “Mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR