İtaliyada koronavirusa yoluxanların sayı 220 mini keçib

İtaliyada koronavirusa yoluxanların sayı 220 mini keçib
# 12 may 2020 20:23 (UTC +04:00)

İtaliyada son sutka ərzində daha 1402 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 220 mini keçib.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 221 216 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 172 nəfər artaraq ümumilikdə 30 911 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 109 039 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR