İtaliyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib

İtaliyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib
# 30 aprel 2021 01:11 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 14 320 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 288 nəfər bu virusdan ölüb.

Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 120 544 nəfərə çatıb. Ölkədə hazırda 438 709 aktiv koronavirus xəstəsi var, onlardan 2640-ı ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 4 009 208 nəfərdən 3 449 955 (son sutkada 18 088 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR