İtaliyada koronavirusdan sağalanların sayında artım müşahidə olunur

İtaliyada koronavirusdan sağalanların sayında artım müşahidə olunur
# 08 mart 2020 00:23 (UTC +04:00)

İtaliyada son sutka ərzində 1,2 min insan koronavirus infeksiyasına yoluxub, bununla da ümumilikdə ölkə üzrə yoluxanların sayı 5,8 min nəfərə çatıb, 223 nəfər isə bu virusun qurbanına çevrilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borreli məlumat verib.

Sutka ərzində 36 nəfər ölümcül virusun yaratdığı infeksiyadan ölüb.

Bildirilir ki, bundan bir gün əvvəl, yəni martın 6-da 800 nəfər virusa yoluxmuşdu, ölənlərin sayı isə martın 5-i ilə müqayisədə 49 nəfər çox olub. Cümə gününün hesablamasına görə, İtaliyada 4636 nəfərə koronavirus diaqnozu qoyulub.

“Sağalanlar 589 nəfərdir, yəni dünənki ilə müqayisədə 66 nəfər çox. Ölənlər 36 nəfər, artıq əvvəlki göstəricilərlə müqayisədə azalmanı görürük”, - deyə Borrelli brifinq zamanı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR