İtaliyada koronavirusla bağlı məhdudiyyətlər tədricən ləğv olunacaq

İtaliyada koronavirusla bağlı məhdudiyyətlər tədricən ləğv olunacaq
# 27 aprel 2020 02:25 (UTC +04:00)

Koronavirus infeksiyası ilə əlaqədar İtaliyada tətbiq edilən məhdudiyyətlər mayın 4-dən etibarən tədricən ləğv ediləcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş Naziri Cüzeppe Konte bildirib.

Onun sözlərinə görə, parklar açılacaq, inşaat işləri və kütləvi istehsalat bərpa olunacaq, ancaq kütləvi tədbirlərə tətbiq edilən qadağalar hələ bir müddət qalacaq. Sakinlərə hələ də ehtiyac olmadığı müddətdə küçədə sərbəst gəzməyə icazə verilməyəcək.

Baş Nazir bildirib ki, İtaliya koronavirusla mübarizədə “ikinci mərhələ”yə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR