İtaliyada son sutka ərzində koronavirusdan 627 nəfər ölüb

İtaliyada son sutka ərzində koronavirusdan 627 nəfər ölüb
# 20 mart 2020 21:44 (UTC +04:00)

 

İtaliyada koronavirusdan ölənlərin sayı 4032-yə çatıb. 

İtaliyada son sutka ərzində koronavirusa yoluxanlardan 627 nəfəri ölüb. Gün ərzində 5986 nəfər isə virusa yoluxub.

APA-nın “euronews”a istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Mülki müdafiə departamentinin müdiri Ancelo Borrelli açıqlamasında bildirib.

O qeyd edib ki, ölkədə ümumilikdə virusa yoluxanların sayı 47 min 21-ə çatıb. Bu günədək 5 min 129 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR