İtaliyada son sutkada koronavirusdan 56 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 56 nəfər ölüb
# 13 iyun 2020 03:12 (UTC +04:00)

İtaliyada son sutka ərzində koronavirusdan 56 nəfər ölüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbər görə, bununla da ölkədə yeni virusdan ölüm sayı 34 223-ə çatıb.

Bildirilib ki, iyunun əvvəlində artıq koronavirusa yoluxma, eləcə də ölüm sayı azalmağa başlayıb. Artıq 173 085 nəfər sağalaraq evə buraxılıb.

Ölkə üzrə ən çox ölüm halı qeydə alınan bölgə Şimali Lombardiyadır. Burada virusdan dünyasının dəyişənlərin sayı ölkədəki ümumi ölüm sayının təxminən, yarısına bərabərdir - 16 405.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR