İtaliyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

İtaliyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
# 22 avqust 2020 02:20 (UTC +04:00)

İtaliyada son sutka ərzində 947 nəfər koronavirusa yoluxub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, mayın 16-dan bəri qeydə alınan rekorddan 100 nəfər çoxdur.

Son 24 saat ərzində 9 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, İtaliyada yoluxanların ümumi sayı 257 065-ə çatıb, onlardan 35 427 nəfər ölüb, 204 960 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR