İtaliyada təqribən 14 min insan COVID-19 diaqnozu ilə həyatını itirib

İtaliyada təqribən 14 min insan COVID-19 diaqnozu ilə həyatını itirib
# 02 aprel 2020 20:54 (UTC +04:00)

İtaliyada son bir gündə yeni növ koronavirusdan ölənlərin sayı ümumilikdə 13 915 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Virusa yoluxanların sayı 83 049 nəfər təşkil edir, bu, dünənkindən 2477 nəfər çoxdur. Bunlardan 4053-ü reanimasiya şöbəsindədir, 28 540 nəfər xəstəxanalardadır və 50 mindən çox insan ev şəraitindədir, bu da bütün yoluxanların 61%-ni təşkil edir. Son gün ərzində ölənlərin sayı 760 nəfərdir”, - Borrelli belə deyib.

Onun sözlərinə görə, sağalma tempi yaxşılığa doğru gedir, hazırda müalicə olunanların sayı 18 278 nəfərə çatıb.

Epidemiyanın başlanğıcından bəri İtaliyada ölən və sağalanlarla birgə virusa yoluxmuş insanların ümumi sayı 115 242 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR