İtaliyada vacib olmayan istehsalat müəssisələri bağlanıb

İtaliyada vacib olmayan istehsalat müəssisələri bağlanıb
# 22 mart 2020 07:28 (UTC +04:00)

İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkədə ən önəmli məhsul istehsal etməyən bütün istehsal müəssisələrinin bağlanacağını elan edib.

APA “TASS”-a istinadən xəbər verir ki, o bunu “Facebook”da canlı yayımda xalqa müraciətində bildirib.

“Yalnız mühüm məhsullara üstünlük verərək, bütün İtaliyada istehsal fəaliyyətlərini bağlamağa qərar verdik”, - Konte belə deyib.

“Sanitariya vəziyyətində fövqəladə vəziyyət iqtisadi bir fövqəladə vəziyyətə çevrilir, ancaq biz bunun öhdəsindən gələ bilərik”, - deyə baş nazir əlavə edib. Bununla yanaşı, o, ərzaq mağazalarının və apteklərin işinə heç bir məhdudiyyətin tətbiq edilmədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR