İtaliyada virusa yoluxanların sayında azalma müşahidə edilir

İtaliyada virusa yoluxanların sayında azalma müşahidə edilir
# 29 aprel 2020 21:16 (UTC +04:00)

İtaliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 323 nəfər artaraq, ümumilikdə 27682-yə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülkü Müdafiə Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, son sutkada infeksiyaya yoluxanların sayı 2086 nəfər olub. Ölkə üzrə bu rəqəm ümumilikdə 203591 nəfər təşkil edib.

Sağalanların sayı son 24 saatda 2311, ümumilikdə isə 71252 nəfərə çatıb.

Artıq virusa yoluxanların sayında azalmanın müşahidə edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR