İtaliyanın şimalında koronavirusla bağlı hərəkət məhdudlaşdırılıb

İtaliyanın şimalında koronavirusla bağlı hərəkət məhdudlaşdırılıb
# 08 mart 2020 10:13 (UTC +04:00)

İtaliya Baş naziri Cüzeppe Konte dünən gecə koronavirusun yayılması ilə bağlı Lombardiya və daha 14 əyalətin ərazisinə giriş və çıxış üçün məhdudiyyətləri nəzərdə tutan sərəncam imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sərəncam ölkənin Emilia-Romagna, Marche, Piedmont, Veneto (Venesiya daxil olmaqla) bölgələrini də əhatə edir.

Həmin ərazilərə yalnız müstəsna hallarda, nəzarət altında daxil olmaq və çıxmaq mümkün olacaq. Eyni zamanda muzeylər və qalereyalara giriş, mədəni tədbirlər də məhdudlaşdırılıb.

Qeyd edək ki, İtaliya hakimiyyət orqanlarının verdiyi son məlumatlara görə, ölkədə koronavirusa yoluxanların sayı 5,8 minə çatıb, 223 nəfər isə bu virusun qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR