Koronavirusa yoluxmuş Vladimir Zelenski xəstəxanaya yerləşdirilib

Koronavirusa yoluxmuş Vladimir Zelenski xəstəxanaya yerləşdirilib
# 12 noyabr 2020 12:00 (UTC +04:00)

Koronavirusa yoluxmuş Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin ofisi məlumat yayıb.

“O əvvəlcə evdə özünü təcrid etmişdi, lakin indi Feofaniya xəstəxanasına yerləşdirilib. Prezident heç kimi yoluxdurmamaq və daha yaxşı təcdir olunmaq üçün bu qərarı verib. Xəstəxanada xəstələr üçün yaxşı şərait var və Prezidentin səhhətində problem yoxdur”, - deyə Prezidentin sözçüsü deyib.

Xatırladaq ki, Prezident V. Zelenski noyabrın 9-da “Twitter” hesabından bildirib ki, onun koronavirus analizinin nəticəsi pozitiv çıxıb. Ukraynanın Maliyyə və Müdafiə nazirləri, o cümlədən V. Zelenskinin baş müşaviri də koronavirus infeksiyasına yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR