Latviyada hosteldə baş verən yanğında 8 nəfər ölüb

Latviyada hosteldə baş verən yanğında 8 nəfər ölüb
# 28 aprel 2021 14:01 (UTC +04:00)

Latviyada hosteldə baş verən yanğında 8 nəfər ölüb.

APA-nın LETA informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın Riqanın Merkala küçəsində yerləşən binanın 6-cı mərtəbəsində və damında baş verib.

Riqa meri Martins Stakis bildirib ki, yanğın baş verən hostel qeyri-qanuni fəaliyyət göstərib.

Hosteldə COVID-19-la bağlı məhdudiyyətlərin pozulması, habelə narkotik və alkoqol istifadəçilərinin hosteldə olması ilə bağlı polisə məlumatlar daxil olub.

Hostel uzun müddət polisin nəzarətində olub.

Latviyanın daxili işlər naziri isə bildirib ki, fevral ayında Yanğın və Mühafizə Xidməti binada yanğından qoruma sistemləri ilə bağlı araşdırma aparmaq istəyiblər, lakin onların hostelə daxil olmasına icazə verilməyib və bununla bağlı inzibati iş açılıb.

Xilasedicilər hosteldən 24 nəfəri təxliyə edib.

Ölənlərin bəzilərinin xarici ölkə vətəndaşları olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR